Tofiq Zülfüqarovu düşündürən 2 sual: "Biz bilirdik, amma Putin bilmirdi"

Tofiq Zülfüqarovu düşündürən 2 sual:

Tofiq Zülfüqarovu düşündürən 2 sual: "Biz bilirdik, amma Putin bilmirdi"

"Cavabını tapa bilmədiyim iki sual var".

Polemika.az xəbər verir ki, bunu öz "Facebook" səhifəsində Azərbaycanın keçmiş xarici işlər naziri Tofiq Zülfüqarov yazıb.

O bildirib: "Biz, bütün FB analitikləri hələ müharibədən əvvəl bilirdik ki, Ukraynaya qarşı silahlı təcavüz Rusiyanın bəyan etdiyi məqsədlərə çatmağa imkan verməyəcək... Bilirdik, amma Putin bilmirdi. Belə bir şey ola bilərmi?

Prezident Zelenski niyə Minsk prosesi və Ştaynmayer (Almaniya prezidenti - red.) düsturuna razı olmadı? Axı danışıqlara başlamaq bütün şərtləri qəbul etmək demək deyil.... Vaxtı uzatmaq və daha sərfəli şərtləri gözləmək olardı... Axı almanların və fransızların təklif etdiyi də məhz bu idi.

Ən əsası, Ukrayna hələ də bloklara qoşulmama statusunu qəbul edirsə, o zaman müharibə nəyə lazım idi?

Hələ başa düşməmişəm, nəsə üst-üstə düşmür...

Tofiq Zülfüqarovu düşündürən 2 sual: "Biz bilirdik, amma Putin bilmirdi"