Tarkanın Ərdoğana eyham olduğu iddia ounan mahnısından şikayət olundu

Tarkanın Ərdoğana eyham olduğu iddia ounan mahnısından şikayət olundu

Tarkanın Ərdoğana eyham olduğu iddia ounan mahnısından şikayət olundu

Tarkanın günlərdir müzakirə olunan yeni mahnısı şikayət edilib.

Polemika.az xəbər verir ki, meqastarın "Geççek" mahnısı barədə Televiziya və Radio Şurasına (RTÜK) şikayətlər daxil olub.

Qurumdan bildirilib ki, əgər şikayətlərin sayı artarsa, klip efirdə göstərilməyəcək, yaxud sözləri dəyişdiriləcək. Orijinal versiya ancaq internet platformalarında təqdim olunacaq.

Xatırladaq ki, indiyə kimi bütün siyasi qüvvələrlə məsafə saxlamağı bacarmış Tarkanın son mahnısında “Gitçek gitçek geldiği gibi gitçek” kimi ifadələrin yer alması onun mövqeyini müəyyən etdiyi, prezident Rəcəb Tayyip Ərdoğanın əleyhdarlarının düşərgəsinə qatıldığı qənaətini yaranıb.

İqtidar düşərgəsindən ünvanına səslənən sərt tənqidlərə cavab verən pop ulduz mahnıda koronavirus pandemiyasının nəzərdə tutulduğunu bildirib. 

Tarkanın Ərdoğana eyham olduğu iddia ounan mahnısından şikayət olundu