“Şimal axını 2” layihəsinin təsdiqlənməsi dayandırılıb" - Almaniya kansleri

“Şimal axını 2” layihəsinin təsdiqlənməsi dayandırılıb" - Almaniya kansleri

“Şimal axını 2” layihəsinin təsdiqlənməsi dayandırılıb" - Almaniya kansleri

Almaniya hökuməti “Şimal axını 2” təbii qaz kəmərinin təsdiqlənməsi prosesini növbəti xəbərdarlığa qədər dayandırır.

Polemika.az "Tagesschau"ya istinadla xəbər verir ki, bu barədə mətbuat konfransında kansler Olaf Şolz bildirib.

Onun sözlərinə görə, “Şimal axını 2” təbii qaz kəməri hələlik istismara verilməyəcək. Rusiya prezidenti Vladimir Putinin Ukrayna ilə bağlı son addımlarını nəzərə alaraq, Almaniya hökuməti layihəni hələlik dayandırmaq qərarına gəlib.

Olaf Şolz federal İqtisadiyyat Nazirliyindən qaz kəmərinin hələlik sertifikatlaşdırıla bilməməsi üçün lazımi inzibati addımların atılmasını xahiş edib. "Bu sertifikatlaşdırma olmadan “Şimal axını 2” işə düşə bilməz”.

Kansler deyib ki, Putinin hərəkətlərini dəstəkləmir: "Donetsk və Luqansk “xalq respublikaları”nın tanınması qərarı beynəlxalq hüquq normalarını və Minsk razılaşmasını pozur. Putin BMT  Nizamnaməsini və ölkənin son 50 il ərzində bağladığı bütün beynəlxalq müqavilələri pozur".

Şolz vurğulayıb ki, hər bir ölkənin bütövlüyü və suverenliyinə, sərhədlərin dəyişməzliyinə hörmət edilməlidir. Rusiya öz hərəkətlərinə görə dünya ictimaiyyətindən heç bir dəstək görmür.

“Şimal axını 2” layihəsinin təsdiqlənməsi dayandırılıb" - Almaniya kansleri