Tahir Kərimlini ölümlə hədələyən “əjdaha” axtarılır

Tahir Kərimlini ölümlə hədələyən “əjdaha” axtarılır

Tahir Kərimlini ölümlə hədələyən “əjdaha” axtarılır

Milli Məclisin deputatı Tahir Kərimlini ölümlə hədələyən şəxs barəsində araşdırma aparılır. Bu barədə Modern.az-a deputat özü məlumat verib.

Tahir Kərimli araşdırmanın gedişatı ilə maraqlandığını söyləyib: “Anamın vəfatının ildönümü ilə əlaqədar bir neçə gündür paytaxtda deyildim. Amma müvafiq orqanlara müraciət etmişdim və araşdırma aparılır. Mənə təhdid məktubu yazan şəxsin adı, soyadı, Moskva ünvanı məlumdur. Qalanı hüquq-mühafizə orqanlarının işidir. Prosesin gedişatına mane olmamaq üçün daha artıq məlumat vermək istəmirəm”.

Qeyd edək ki, fevralın 16-da sosial şəbəkələrdə deputat Tahir Kərimlinin oyuncaq dinozavrla videosu yayılmışdı. Videogörüntülərdə parlamentari ölümlə hədələndiyini bildirib. Daha sonra Tahir Kərimli bu təhdidlə əlaqədar hüquq-mühafizə orqanlarına müraciət edib.

Tahir Kərimlini ölümlə hədələyən “əjdaha” axtarılır