“Ermənistanın atəşkəsə tam əməl etməsi vacibdir” - Türkiyə Təhlükəsizlik Şurasının iclası keçirildi

“Ermənistanın atəşkəsə tam əməl etməsi vacibdir” - Türkiyə Təhlükəsizlik Şurasının iclası keçirildi

“Ermənistanın atəşkəsə tam əməl etməsi vacibdir” - Türkiyə Təhlükəsizlik Şurasının iclası keçirildi

Bu gün Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə ölkənin Milli Təhlükəsizlik Şurasının iclası keçirilib.

Polemika.az xəbər verir ki, iclasda bir sıra məsələlərlə yanaşı, Ermənistan-Azərbaycan sərhədindəki vəziyyət də müzakirə edilib.

İclasın sonunda qəbul edilən yekun açıqlamada Ermənistanın ona uzadılan sülh əlini fürsət hesab etməsinin, atəşkəs rejiminə tam əməl etməsinin və əməkdaşlıq etməsinin vacibliyi vurğulanır.

İclasda Cənubi Qafqazla yanaşı, Balkan ölkələri, Egey, Qara dəniz, Aralıq dənizi, Yunanıstan və Suriyadakı son vəziyyətlə bağlı məsələlər müzakirə edilib.

“Ermənistanın atəşkəsə tam əməl etməsi vacibdir” - Türkiyə Təhlükəsizlik Şurasının iclası keçirildi