Bakıda oğurlanan məktəbli danışdı: “Dedi kim soruşsa, mənim qızımsan” - Video

Bakıda oğurlanan məktəbli danışdı:

Bakıda oğurlanan məktəbli danışdı: “Dedi kim soruşsa, mənim qızımsan” - Video

Bakıda naməlum şəxsin beşinci sinif şagirdini maşınına mindirərək oğurlamaq istəməsi haqqında xəbər vermişdik. 

Baku TV-nin çəkiliş qrupu Sabunçu rayonu 188 saylı orta məktəbin önündə baş verənləri öyrənmək üçün həmin əraziyə üz tutub. 

Dərin stress yaşamış məktəbli başına gələnləri  mikrofona danışıb. 

O bildirib ki məktəbdən çıxarkən böyük qardaşı balaca bacısını götürmək üçün ondan ayrılıb. Elə bu vaxt papaqlı bir nəfər ona yaxınlaşıb:

"Məni qəfildən maşına itələdi. Ondan sonra mənə bıçaqla hədə-qorxu gəldi. Dedi ki, sakitcə maşında otur, kim soruşsa, mənim qızımsan". 

Bakıda oğurlanan məktəbli danışdı: “Dedi kim soruşsa, mənim qızımsan” - Video