Sənədsiz tüfənglərlə ov edənlər saxlanıldı

Sənədsiz tüfənglərlə ov edənlər saxlanıldı

Sənədsiz tüfənglərlə ov edənlər saxlanıldı

Şabran Rayon Polis Şöbəsinin əməkdaşları qanunsuz ov edən şəxsləri saxlayıblar. 

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan Polemika.az-a verilən məlumata görə, polis əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Zaur Seyidquliyev və İlqar Məmmədov rayon ərazisində, üzərlərində qanunsuz daşıdıqları silahla ov edərkən yaxalanıblar.

Hazırda faktlarla bağlı RPŞ-də araşdırmalar aparılır.

 

 

Sənədsiz tüfənglərlə ov edənlər saxlanıldı