Şəkidə iki ailənin yaşadığı ev yandı

Şəkidə iki ailənin yaşadığı ev yandı

Şəkidə iki ailənin yaşadığı ev yandı

Şəki şəhərində ümumi sahəsi 200 m² olan bir dam altında tikilən və iki ailənin yaşadığı birmərtəbəli evlərdən sahəsi 150 m² olan evin tavanı 10 m² sahədə yanıb. 

Fövqəladə Hallar Nazirliyindən Polemika.az-a verilən məlumata görə, evin qalan hissəsi və bitişik ev yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Şəkidə iki ailənin yaşadığı ev yandı