Şuşanın işğaldan azad olunmasından 1 il ötür

Şuşanın işğaldan azad olunmasından 1 il ötür

Şuşanın işğaldan azad olunmasından 1 il ötür

Şuşa şəhərinin işğaldan azad edilməsinin 1 ili tamam olur.

Polemika.az xəbər verir ki, Azərbaycan Ordusunun 2020-ci il sentyabrın 27-də başladığı əks-hücum nəticəsində 2020-ci il noyabrın 8-də Şuşa şəhəri işğaldan azad edilib.Şuşa şəhərinin işğaldan azad edilməsi müjdəsini Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev Bakıdakı Şəhidlər xiyabanından xalqa müraciətində açıqlayıb.

Şuşanın işğaldan azad edildiyi gün – 8 Noyabr Azərbaycanda Zəfər Günü kimi qeyd olunur.

Qeyd edək ki, Şuşa şəhəri 8 may 1992-ci ildə Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edilmişdi. İşğal müddətində Şuşa şəhərindəki 17 məsciddən 16-sı, eləcə də digər tarixi, mədəni abidələr, muzeylər, heykəllər, qəbiristanlıqlar dağıdılıb. Şuşa şəhərinin qurucusu Pənahəli xanın sarayı, Vaqifin məqbərəsi, Natəvanın evi, Üzeyir Hacıbəylinin, Bülbülün ev muzeyləri və daha neçə-neçə mədəni-tarixi bina yerlə yeksan edilib.

İşğalçılar Şuşanın zəngin təbiətinə qarşı da ekoloji terror törədib, nadir ağac və bitki növləri qırılıb, yandırılıb.

Şuşanın işğaldan azad olunmasından 1 il ötür