Suraxanıda şəhid Aydın Feyzullayevin anım mərasimi keçirildi - Fotolar

Suraxanıda şəhid Aydın Feyzullayevin anım mərasimi keçirildi - Fotolar

Suraxanıda şəhid Aydın Feyzullayevin anım mərasimi keçirildi - Fotolar

Yanvarın 8-də Vətən müharibəsinin Şəhidi Feyzullayev Aydın Zakir oğlunun anım günündə adının əbədiləşdirilməsi məqsədilə onun xatirəsinə inşa edilmiş məzarı ziyarət olunaraq ehsan süfrəsi açılıb.

Polemika.az xəbər verir ki, Suraxanı Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə keçirilən anım tədbirində Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov, hərbi xidməti başa vurmuş general-leytenant Əsgər Xəlilov, Milli Məclisin deputatları Afət Həsənova, Etibar Əliyev, Rayon Polis İdarəsinin rəisi Süleyman Neymətov, Dövlət Təhlükəsizlik Xidmətinin Suraxanı rayon İdarəsinin rəisi Rauf Məmmədov, YAP Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidov, RİHB-nin müavinləri və şöbə müdirləri, Respublikanın əməkdar artisti, ADMİU-nin dosenti, Rayon Ağsaqqallar Şurasının sədr müavini Ağalar Bayramov, Bülbülə qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəsi, bələdiyyə sədri, Rayon Səfərbərlik və Hərbi Xidmətə Çağırış İdarəsinin əməkdaşları, Suraxanı Gənclər evinin direktoru, Şəhid Ailələrinin Müdafiə Cəmiyyətinin sədri, “Canlı İşıqfor”un Vətənpərvərlik qrupu və gənclər, Şəhid ailələri və qazilər, Şəhidin doğmaları və yaxınları iştirak ediblər.

RİH başçısı Əziz Əzizov çıxış edərək Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə cəsur, mübariz Vətən oğullarımızın bizlərə bəxş etdikləri Şanlı, Şərəfli Qələbədən bəhs etmiş və bütün Şəhidlərimizə Allahdan rəhmət diləyib.

Həmçinin, Respublikanın əməkdar artisti, ADMİU-nin dosenti, Rayon Ağsaqqallar Şurasının sədr müavini Ağalar Bayramov və digər tədbir iştirakçıları Şəhidimiz Aydın Feyzullayevi ehtiramla yad edərək, ruhuna dualar oxumuş, ailəsinə dərin hüznlə başsağlığı vermişlər. Belə igid oğullarımızın sayəsində Azərbaycan Ordusunun şanlı Qələbələrə imza atdığı bir daha vurğulanaraq, Şəhidlərimizin xalqımızın qəlbində əbədi yaşayacaqları, onların xatirəsinin daim əziz tutulacağı qeyd olunub.

Anım tədbirində 226 saylı tam orta məktəbin şagirdlərinin ifasında şeirlər səsləndirilib.Bir 10 nəfər, ayaqüstə duran insanlar və açıq hava şəkili ola bilərBir 6 nəfər, ayaqüstə duran insanlar, açıq hava, abidə və mətn şəkili ola bilərBir 6 nəfər, ayaqüstə duran insanlar, açıq hava və abidə şəkili ola bilərBir 6 nəfər, ayaqüstə duran insanlar, açıq hava və abidə şəkili ola bilərBir 2 nəfər, oturan insanlar və ayaqüstə duran insanlar şəkili ola bilərBir 13 nəfər, oturan insanlar və içəridə şəkili ola bilərBir 5 nəfər, abidə və bunu deyən yazı Bir 5 nəfər, saqqal, ayaqüstə duran insanlar və içəridə şəkili ola bilər

Suraxanıda şəhid Aydın Feyzullayevin anım mərasimi keçirildi - Fotolar