Qırğızıstan Qazaxıstana nota verdi

Qırğızıstan Qazaxıstana nota verdi

Qırğızıstan Qazaxıstana nota verdi

Qırğızıstan hakimiyyəti Qazaxıstan təhlükəsizlik qüvvələri tərəfindən terrorçuluqda şübhəli bilinən Qırğızıstan vətəndaşının saxlanılması ilə bağlı Qazaxıstana nota göndərib.

Polemika.az TASS-a istinadən xəbər verir ki, bu barədə Bişkekdə jurnalistlərə Qırğızıstan Nazirlər Kabinetinin sədr müavini, Dövlət Milli Təhlükəsizlik Komitəsinin sədri Kamçıbek Taşiyev məlumat verib.

Onun sözlərinə görə, Qırğızıstan tərəfi Qazaxıstan hüquq-mühafizə orqanları əməkdaşlarının Qırğızıstanın “hörmətli vətəndaşı, musiqiçisi və ictimai xadimi”nə qarşı əsassız ittihamlarından “inciyib”.

Taşiyev əmin olduğunu bildirib ki, Qazaxıstanda saxlanılan qırğız musiqiçisi Vikram Ruzaxunov terrorçu ola bilməz: “Çox güman ki, o, yanlış zamanda yanlış yerdə ola bilərdi”.

Qırğızıstan Qazaxıstana nota verdi