Suraxanıda sakinlərlə növbəti görüş keçirildi - Fotolar

Suraxanıda sakinlərlə növbəti görüş keçirildi

Suraxanıda sakinlərlə növbəti görüş keçirildi - Fotolar

Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov Hövsan qəsəbəsinin sakinləri ilə görüş keçirib.

Polemika.az xəbər verir ki, E.Səfərov adına 118 saylı tam orta məktəbin akt zalında 140 nəfərə yaxın sakinlə keçirilən səyyar görüşdə Rayon Prokuroru Rəşid Mahmudov, RİHB-nin müavinləri, şöbə müdirləri, dövlət orqanlarının yerli idarələrinin və xidmət sahələrinin rəhbərləri iştirak edib.

Torpaqlarımızın ərazi bütövlüyü uğrunda həlak olan şəhidlərimizin ruhunun 1 dəqiqəlik sükutla yad edilməsi ilə başlanan səyyar görüşdə RİH başçısı Əziz Əzizov 44 günlük Vətən müharibəsində qazandığımız Şanlı Qələbədən danışaraq Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən aparılan uğurlu daxili və xarici siyasət barədə ətraflı məlumat verib.

Rayonda aparılan genişmiqyaslı abadlıq-quruculuq işlərinə görə təşəkkürünü bildirən sakinlərin müraciətlərinə aydınlıq gətirilmiş, qaldırılan bir sıra məsələlər nəzarətə götürülüb.

Suraxanıda sakinlərlə növbəti görüş keçirildi - Fotolar