Stadiona ulduz futbolçunun adı veriləcək - Mer açıqladı

Stadiona ulduz futbolçunun adı veriləcək

Stadiona ulduz futbolçunun adı veriləcək - Mer açıqladı

Seneqalda futbol stadionuna ölkənin milli komandasının üzvü və "Liverpul"un futbolçusu Sadio Manenin adı veriləcək.

Polemika.az xəbər verir ki, bu məlumatı Seneqalın Sediu şəhərinin meri Abdulay Diop açıqlayıb. O bildirib ki, Manenin doğma şəhərində inşa olunan yeni arena futbolçunun adını daşıyacaq. Stadionun açılışı 2023-cü ildə baş tutacaq.

Qeyd edək ki, Seneqal millisi ötən həftə tarixində ilk dəfə Afrika çempionu olub.

 

Stadiona ulduz futbolçunun adı veriləcək - Mer açıqladı