Sınaq imtahanlarına qeydiyyat davam edir

Sınaq imtahanlarına qeydiyyat davam edir

Sınaq imtahanlarına qeydiyyat davam edir

Ali təhsil müəssisələrinə qəbul imtahanlarının II mərhələsi üzrə keçiriləcək sınaq imtahanına qeydiyyat davam edir.

Bu barədə Polemika.az-a Dövlət İmtahan Mərkəzindən məlumat verilib.

Bildirilib ki, imtahanda iştirak etmək üçün qeydiyyat fevralın 2-si saat 23:59-dək aparılacaq. Sınaq imtahanında istifadə olunacaq test tapşırıqları 11-ci siniflər üçün ümumtəhsil müəssisələrində qüvvədə olan tədris proqramlarının 2022-ci il yanvar ayının sonunadək olan hissəsini əhatə edəcək.

İmtahanlar fevralın 13-də Bakı, Sumqayıt, Naxçıvan, Gəncə, Şəmkir, Şəki, Bərdə, Göyçay, Şirvan, Xaçmaz və Lənkəran şəhərlərində təşkil olunacaq.

Qeyd edək ki, fevralın 20-də keçiriləcək coğrafiya fənni üzrə əlavə imtahan isə Bakı, Naxçıvan, Gəncə və Lənkəranda olacaq.

Nəzrin Vahid

Sınaq imtahanlarına qeydiyyat davam edir