Prokurorluq Nərminin qətliylə bağlı açıqlama yaydı

Prokurorluq Nərminin qətliylə bağlı açıqlama yaydı

Prokurorluq Nərminin qətliylə bağlı açıqlama yaydı

Kütləvi informasiya vasitələrində və sosial şəbəkələrdə qətlə yetirilmiş azyaşlı Nərmin Quliyevanın qan qrupunun uyğunsuzluğu barədə əsassız məlumatlar yayılıb.

Polemika.az xəbər verir ki, bu barədə Baş Prokurorluğun mətbuat xidməti məlumat yayıb.

Məlumatda bildiririb ki, istintaq zamanı məhkəmə-tibb, məhkəmə-genetik ekspertizaları təyin edilib və zəruri istintaq hərəkətləri keçirilib.

"Odur ki, iş materiallarında hər hansı bir ziddiyətli hallar mövcud deyildir. Azərbaycan Respublikasının Baş Prokurorluğu tərəfindən bir daha kütləvi informasiya vasitələri və sosial media nümayəndələrinə müraciət edilərək qeyd edilir ki, məhkəmə istintaqı zamanı dəqiqləşdirilməmiş və ictimaiyyətdə çaşqınlıq yarada biləcək məlumatların yayılması yol verilməzdir!". 

Prokurorluq Nərminin qətliylə bağlı açıqlama yaydı