Sınaq imtahanına qeydiyyat davam edir

Sınaq imtahanına qeydiyyat davam edir

Sınaq imtahanına qeydiyyat davam edir

Ali təhsil müəssisələrinə qəbul imtahanlarının II mərhələsi üzrə keçiriləcək sınaq imtahanına qeydiyyat davam edir.

Polemika.az Dövlət İmtahan Mərkəzindən verilən məlumata görə, imtahanda iştirak etmək üçün qeydiyyat 2 fevral saat 23:59-dək aparılacaq.

Sınaq imtahanında istifadə olunacaq test tapşırıqları 11-ci siniflər üçün ümumtəhsil müəssisələrində qüvvədə olan tədris proqramlarının 2022-ci il yanvar ayının sonunadək olan hissəsini əhatə edəcək.

Abituriyentlərə hər fənn üzrə 30 test tapşırığı təqdim olunur. Bu tapşırıqların 22-si qapalı, 8-i isə açıq formalıdır. Açıq formalı tapşırıqlardan 3-ü yazılı şəkildə cavablandırılması tələb olunan situasiya, mətn və ya mənbə əsasında hazırlanan tapşırıqlardır. Digər açıq formalı tapşırıqlar uzun müddət istifadə olunan və cavabları kodlaşdırıla bilən hesablama, seçim, xronologiya, uyğunluğu müəyyənetmə tipli tapşırıqlardır.

Qeyd edək ki, imtahanın müddəti 3 saatdır. Coğrafiya fənni üzrə əlavə imtahanın müddəti isə 1 saat.

Nəzrin Vahid

Sınaq imtahanına qeydiyyat davam edir