Sınaq imtahanına qeydiyyat aparılır

Sınaq imtahanına qeydiyyat aparılır

Sınaq imtahanına qeydiyyat aparılır

 Ali təhsil müəssisələrinə qəbul imtahanlarının II mərhələsi üzrə keçiriləcək sınaq imtahanına qeydiyyat davam edir.

Polemika.az xəbər verir ki, bu barədə DİM məlumat verilib.

İmtahanda iştirak etmək üçün qeydiyyat fevralın 2-dək aparılacaq. Sınaq imtahanında istifadə olunacaq test tapşırıqları 11-ci siniflər üçün ümumtəhsil müəssisələrində qüvvədə olan tədris proqramlarının 2022-ci il yanvar ayının sonunadək olan hissəsini əhatə edəcək.

Sınaq imtahanları fevralın 13-də Bakı, Sumqayıt, Naxçıvan, Gəncə, Şəmkir, Şəki, Bərdə, Göyçay, Şirvan, Xaçmaz və Lənkəran şəhərlərində təşkil olunacaq. Fevralın 20-də keçiriləcək coğrafiya fənni üzrə əlavə imtahan isə Bakı, Naxçıvan, Gəncə və Lənkəranda olacaq.

Nəzrin Vahid 

Sınaq imtahanına qeydiyyat aparılır