Sevdiyi oğlana vermədilər, özünü asdı – Lənkəranda faciə

Sevdiyi oğlana vermədilər, özünü asdı – Lənkəranda faciə

Sevdiyi oğlana vermədilər, özünü asdı – Lənkəranda faciə

Lənkəranda 17 yaşlı qız intihar edib. “Polemika.az” xəbər verir ki, hadisə rayonun Girdəni kəndində baş verib.

Belə ki, 2004-cü il təvəllüdlü A.B. yaşadığı evdə özünü asıb. Hadisədən onun anası xəbər tutub. O, qızını evdə görmədikdə aşağı mərtəbəyə enib və övladını asılmış vəziyyətdə aşkarlayıb.

Meyit Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Lənkəran rayon şöbəsinə təhvil verilib.

Reportun xəbərinə görə, qızın intihar etməsinin səbəbi məlum olub. Xəbərə görə, A.B. anası ilə eyni marketdə işləyirmiş. Bir müddət əvvəl həmin marketdə çalışan oğlan qızın ailəsinin də razılığını almaq məqsədilə onlara elçi göndərib. Lakin valideynlər bu izdivaca razılıq verməyiblər.

 

Sevdiyi oğlana vermədilər, özünü asdı – Lənkəranda faciə