"Sepah" generalı: "İran qonşularına mesaj göndərir"

"Sepah" generalı: "İran qonşularına mesaj göndərir"

"Sepah" generalı: "İran qonşularına mesaj göndərir"

“İran hər hansı bir təlim keçirsə, bu məqsədyönlüdür”.

Polemika.az “Borna”ya istinadla xəbər verir ki, bunu “Sepah” generalı İsmail Kövsəri bildirib.

Onun sözlərinə görə, son təlim sionist rejimin (İsrailin – red.) ritorikasına cavabdır.

İslam İnqilabı Keşikçiləri Korpusunun komandanlarından olan İsmail Kövsəri əlavə edib:

“Peyğəmbər-e Əzəm-17” təliminin məqsədi həm də region ölkələrindəki casuslara ağır və qəti cavab verməkdir”.

"İran heç vaxt qonşuları ilə mübahisə aparmayacaq. Bu, onlara göndərilən dostluq mesajıdır, lakin səhv etsələr, bu, şübhəsiz ki, özlərinin, xüsusən də Qüdsdəki işğalçı rejimin ziyanına olacaq. Onun ən həyati nöqtələri hədəfə alınacaq", - deyə general Kövsəri vurğulayıb.

 

"Sepah" generalı: "İran qonşularına mesaj göndərir"