Sarkisyan: "Ümid edirəm ki, danışıqlar nəticəsində davamlı sülh əldə edəcəyik"

Sarkisyan: "Ümid edirəm ki, danışıqlar nəticəsində davamlı sülh əldə edəcəyik"

Sarkisyan: "Ümid edirəm ki, danışıqlar nəticəsində davamlı sülh əldə edəcəyik"

“Sabitlik vacibdir, lakin bu, təkcə iqtisadiyyat, iqtisadi artım və ya uşaqlarımızın gələcəyi ilə bağlı deyil. Siyasətdə də sabitlik önəmlidir”.

Polemika.az “Past”a istinadla xəbər verir ki, bunu Ermənistan prezidenti Armen Sarkisyan Birləşmiş Ərəb Əmirliklərinə (BƏƏ) işgüzar səfəri zamanı “Sky News Arabia” telekanalına eksklüziv müsahibəsində regional hadisələrə, Türkiyə və Azərbaycanla münasibətlərə toxunarkən deyib.

“Mən bunu iki məqamda təqdim edəcəyəm. Əgər praqmatiksinizsə və sabitlik istəyirsinizsə, çətin vəziyyətdə danışıqlar aparmaqdan və danışmaqdan daha yaxşı yol tapa bilməzsiniz. Ermənistan və Azərbaycanın ATƏT-in Minsk qrupunun həmsədrliyi olan danışıqlar platforması var idi. Təəssüf ki, o danışıqlar nəticə vermədi, bizdə müharibə oldu, bu, ən pis variant idi. Birinci Qarabağ müharibəsi zamanı erməni tərəfi bu qələbəni davamlı sülhə çevirmək üçün 26 il qazandı. Amma buna müvəffəq olmadı, bütün bunların nəticəsində biz müharibə etdik, minlərlə gənc həyatını itirdi.

Yeni ildən əvvəl gənclərimizin dəfn olunduğu Yerablurda oldum. Bu dünyada ən çətin şey ata-anasının 18 və 19 yaşlı övladlarının yasını tutduqlarını görməkdir. Danışıqlar apararkən, diplomatiyamız bu gənclərin həyatlarını itirmədən bu problemi həll edə bilərdi. Atəşkəs yaradılıb, lakin tam sülh yoxdur, danışıqlar gedir. Bunu Ermənistan tərəfdən hökumət, Baş nazir, Azərbaycan tərəfdən Azərbaycan Prezidenti aparır, vasitəçi isə Rusiyadır. Ümid edirəm ki, bu danışıqlar nəticəsində biz davamlı və praqmatik sülh əldə edəcəyik və bu dəfə Azərbaycan və Ermənistan kompromislər yolu ilə davamlı sülhü bərqərar edə biləcəklər. Amma bu asan deyil”.

Sarkisyan: "Ümid edirəm ki, danışıqlar nəticəsində davamlı sülh əldə edəcəyik"