"Paşinyan Azərbaycana güzəştə getməyə hazırdır" - Amerikakılı ekspert

"Paşinyan Azərbaycana güzəştə getməyə hazırdır"

"Paşinyan Azərbaycana güzəştə getməyə hazırdır" - Amerikakılı ekspert

Ermənistanın Baş naziri Nikol Paşinyanın Azərbaycana təkliflər paketi gündəm mövzudur. Bu gün Ermənistan TŞ-nin katibi Aram Qriqoryan da İrəvanın Rusiyanın vasitəçiliyi ilə çatdırılan təkliflərinə rəsmi Bakıdan yazılı cavab gözlənildiyini dilə gətirib.

Polemika.az-a açıqlamasında Rusiyada yaşayan amerikalı mütəxəssis Endryu Koribko deyib ki, bu təklif, ilk baxışdan, müsbət siqnaldır, çünki Paşinyanın ən azı Azərbaycana güzəştə getməyə hazır olduğunu göstərir:

“Bununla belə, sərhədlər hələ tam müəyyən edilmədiyi üçün bu təklifin məzmunsuzdur.

Ermənistanın Baş naziri Nikol Paşinyan, deyəsən, başqalarına göstərmək istəyir ki, artıq ölkəsi regional sülhə maneə deyil. Yəqin ki, bu, Ermənistanı daha çevik və məsuliyyətli olmağa sövq etmədə Rusiyanın müsbət təsirindən irəli gəlir.

Lakin Ermənistan hələ də təklif olunan kompromisə kömək etmək üçün konkret addımlar atmalı olacaq, məsələn, Azərbaycanla beynəlxalq sərhədlərinin rəsmi şəkildə müəyyənləşdirilməsini priorotetə çevirməklə. Bu baş vermədiyi halda hər hansı bir irəliləyiş qeyri-mümkündür”, - deyə Koribko qeyd edib.

Rafi MÜSLÜMOV

 

"Paşinyan Azərbaycana güzəştə getməyə hazırdır" - Amerikakılı ekspert