Sanksiyalar üzrə ekspert: "Rusiya üçün İran ssenarisi hazırlanıb"

Sanksiyalar üzrə ekspert: "Rusiya üçün İran ssenarisi hazırlanıb"

Sanksiyalar üzrə ekspert: "Rusiya üçün İran ssenarisi hazırlanıb"

Qərb ölkələrinin Ukraynaya görə Rusiyaya qarşı tətbiq etdiyi sanksiyaların görünməmiş miqyası qlobal iqtisadiyyata təsir göstərəcək və Moskvanın daha da eskalasiyasına səbəb ola bilər.

Polemika.az "The Wall Street Journal"a istinadla xəbər verir ki, bunu ABŞ sanksiyaları üzrə ekspert Culia Fridlander deyib.

O əlavə edib: “Mən Rusiya iqtisadiyyatının çökməsinin qlobal pul-kredit və makroiqtisadi sabitliyə təsirindən qorxuram”.

ABŞ və Aİ Rusiyaya əsas texnologiyaların satışını qadağan edib, Rusiyanın borclarına, eləcə də bir sıra iri banklara qarşı yeni sanksiyalar tətbiq etdi, onları beynəlxalq SWIFT sistemindən ayırıb. Avropa İttifaqı Rusiya Mərkəzi Bankına qarşı da sanksiyalar tətbiq edib, onun xaricdəki aktivlərini dondurub.

Bu, artıq Rusiya rublunun və dünya birjalarının ucuzlaşmasına səbəb olub.

Barak Obama və Donald Trampın prezidentlikləri dövründə ABŞ Maliyyə Nazirliyinin Maliyyə Monitorinqi və Terrorla Mübarizə İdarəsinin müşaviri olmuş Fridlander növbəti sanksiyaların ehtimal miqyasından danışarkən qeyd edir ki, “10-dan 10-u olacaq”.

"Biz İranın sanksiyaları ssenarisinə doğru irəliləyirik, bu, bir neçə gündən sonra əsas neft və qaz ixracatçısı olan G20 ölkəsi ilə baş verəcək. Bu, görünməmiş haldır".

Fridlanderin fikrincə, risklərdən biri Rusiyanın vəziyyəti gərginləşdirməkdə davam etməsi və buna cavab olaraq enerji, buğda və digər xammal ixracını azaltmasıdır.

Onun sözlərinə görə, Qərb o qədər tez hərəkət etdi ki, yaxın günlərdə Rusiya iqtisadiyyatını yerində qoya bilər.

Sanksiyalar üzrə ekspert: "Rusiya üçün İran ssenarisi hazırlanıb"