"Sanksiyalar dünya neft bazarına dəhşətli təsir göstərəcək" - Türkiyəli rəsmi

"Sanksiyalar dünya neft bazarına dəhşətli təsir göstərəcək"

"Sanksiyalar dünya neft bazarına dəhşətli təsir göstərəcək" - Türkiyəli rəsmi

"Ukrayna hadisələri ilə əlaqədar Qərbin Rusiyaya qarşı iqtisadi sanksiyaları dünya neft bazarına dəhşətli təsir göstərəcək".

Polemika.az "RIA Novosti"yə istinadla xəbər verir ki, bunu Türkiyənin enerji və təbii ehtiyatlar nazirinin müavini Alparslan Bayraktar bildirib.

O, Hyustonda keçirilən CERAWeek beynəlxalq enerji konfransının kuluarında Qərbin Rusiyaya tətbiq etdiyi məhdudiyyətləri şərh edib:

"Əslində, bu qərarın hansı təsirə malik olacağını bilmirəm. Bununla belə, ABŞ-ın İrana qarşı sanksiyaları da daxil olmaqla, əvvəlki bütün sanksiyaları bazarlara və regiona, o cümlədən Türkiyəyə zərər vurub. Sanksiyaların digər ölkələrə və regionlara da müəyyən təsirləri olacaq”.

Nazirin fikrincə, koronavirus pandemiyasının tənəzzülü və qlobal iqtisadiyyatın bərpası fonunda ölkələr neft hasilatını artırmalıdır.

"Rusiya neftini dünya bazarında əvəz etmək çox çətin olacaq. O, dünyanın ən böyük neft istehsalçısıdır", - deyə Bayraktar vurğulayıb.

"Sanksiyalar dünya neft bazarına dəhşətli təsir göstərəcək" - Türkiyəli rəsmi