"Şagirdin ilk sırada oturmaq istəyi nazirlikdə həll olunmamalıdır" - Nazir

"Şagirdin ilk sırada oturmaq istəyi nazirlikdə həll olunmamalıdır" - Nazir

"Şagirdin ilk sırada oturmaq istəyi nazirlikdə həll olunmamalıdır" - Nazir

“Şagirdin 3 yox,1-ci partada oturmaq istəyi nazirlikdə həll olunmamalıdır”.

Polemika.az xəbər verir ki, bunu təhsil naziri Emin Əmrullayev AzTV-nin “Hədəf” verilişində söyləyib.

Nazirin sözlərinə görə, Təhsil Nazirliyinin əsas prioritetlərindən biri də yerlərdə təhsilin idarə edilməsinin təkmilləşdirilməsidir:

“Nazirliyə gələn müraciətlərin 99 faizi yerində həll oluna bilən problemdir. Onlar direktorlar və RTŞ-lər tərəfindən tez həll edilə bilər. Məqsədimiz problemi həll etməkdirsə, onu düzgün yolla tənzimləməliyik. Uşağın 3 yox,1-ci partada oturmaq istəyi nazirlikdə həll olunmamalıdır. İki nəfər arasında olan konflik də nazirlikdəki hansısa məmur tərəfindən həll olunmamalıdır. Buna görə də yerlərdəki əməkdaşlıq artırılmalıdır”. 

Nəzrin Vahid

"Şagirdin ilk sırada oturmaq istəyi nazirlikdə həll olunmamalıdır" - Nazir