Sadio Mane Afrikanın ən yaxşı futbolçusu seçildi

Sadio Mane Afrikanın ən yaxşı futbolçusu  seçildi

Sadio Mane Afrikanın ən yaxşı futbolçusu seçildi

Afrika Millətlər Kubokunun ən yaxşı futbolçusu açıqlanıb.

Turnirin rəsmi Tviter hesabında verilən məlumata görə  Seneqal yığmasının hücumçusu Sadio Mane ən yaxşı seçilib.

Polemika.az xəbər verir ki, komandasının bütün görüşlərdində iştirak edən "Liverpul"un üzvü 3 qol, 2 məhsuldar ötürmə ilə yadda qalıb.

Kamerun yığmasının hücumçusu Vensan Abubakar 8 qolla yarışın bombardiri, Seneqal millisinin qapıçısı Eduard Mendi turnirin ən yaxşı qapıçısı seçilib.

Xatırladaq ki, Seneqal Afrika Millətlər Kubokunun finalında Misiri penaltilər seriyasında məğlub edərək (4:2) tarixində ilk dəfə yarışın qalibi olub. 

Sadio Mane Afrikanın ən yaxşı futbolçusu seçildi