Pele yenidən xəstəxanaya yerləşdirildi
Pele yenidən xəstəxanaya yerləşdirildi
Əfsanəvi braziliyalı futbolçu Pele yenidən xəstəxanaya yerləşdirilib.
Polemika.az xarici mediaya istinadən xəbər verir ki, hazırda sabiq futbolçu San Paulo xəstəxanasındadır. Bildirilib ki, Pelenin vəziyyəti stabildir.
Onun yaxın günlərdə evə buraxılacağı bildirilir.
Qeyd edək ki, son illərdə Pele səhhəti ilə bağlı ciddi problemlərilə üzləşib və bir neçə dəfə əməliyyat olunub.