AFFA "Keşlə"ni 1600 manat cərimələdi

AFFA "Keşlə"ni 1600 manat cərimələdi

AFFA "Keşlə"ni 1600 manat cərimələdi

AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib.

Polemika.az xəbər verir ki, iclasda Premyer Liqanın 10-cu turunda qeydə alınan neqativ hallara hüquqi qiymət verilib.

Premyer Liqanın 10-cu turunun “Sabah” - “Zirə” oyununda “Sabah” klubunun futbolçusu Xuan Kamara ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klub 200 manat cərimə olunub.

10-cu turun “Keşlə” - “Neftçi” oyununun 86-cı dəqiqəsində azarkeş meydançaya daxil olduğu üçün meydan sahibi klub 1600 manat cərimə olunub. 

10-cu turun “Səbail” - “Qəbələ” oyununda “Səbail” klubunun futbolçusu Yurqen Qoxa ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klub 200 manat cərimə olunub.

AFFA "Keşlə"ni 1600 manat cərimələdi