Sabahın proqnozu: Yağış...

Sabahın proqnozu: Yağış...

Sabahın proqnozu: Yağış...

Milli Hidrometeorologiya Xidməti dekabrın 12-i üçün hava proqnozunu açıqlayıb.

Polemika.az xəbər verir ki, sabah Bakıda və Abşeron yarımadasında buludlu hava şəraiti üstünlük təşkil edəcək. 

Gün ərzində bəzi yerlərdə yağış yağacağı ehtimalı var.

Mülayim şimal-şərq küləyi əsəcək. 

Havanın temperaturu gecə 6-8° isti, gündüz  9-11° isti, Bakıda gecə 6-8° isti, gündüz 9-11° isti olacaq. 

Atmosfer təzyiqi  normadan yüksək 770 mm civə sütunu 774 mm civə sütununa yüksələcək. 

Nisbi rütubət 70-80% olacaq.

Tibbi-meteoroloji proqnoz

Dekabrın 12-də Abşeron yarımadasında meteoroloji amillərin zəif və mülayim tərəddüdü gözlənilir ki, bu da bəzi meteohəssas insanlar üçün əlverişlidir. 

Azərbaycanın rayonlarında

 Arabir yağış yağacağı gözlənilir. Bəzi şərq rayonlarında intensiv olacağı ehtimalı var. Ayrı-ayrı  yerlərdə duman. Şərq küləyi arabir güclənəcək. Havanın temperaturu gecə  4-8° isti, gündüz 10-15° isti, dağlarda gecə 0-3° şaxta, gündüz 3-7° isti olacaq.

Sabahın proqnozu: Yağış...