"Azərbaycan o zaman Avrasiya İqtisadi İttifaqının üzvü ola bilər ki..." - Nazarbayevin təklifi

"Azərbaycan o zaman Avrasiya İqtisadi İttifaqının üzvü ola bilər ki..."

"Azərbaycan o zaman Avrasiya İqtisadi İttifaqının üzvü ola bilər ki..." - Nazarbayevin təklifi

Ötən gün Qazaxıstanın eks-prezidenti Ali Avrasiya İqtisadi Şurasının (AİİŞ) fəxri sədri Nursultan Nazarbayev Azərbaycanın Avrasiya İqtisadi İttifaqında (Aİİ) müşahidəçi dövlət olmasına dəvət edilməsini mümkün hesab edib. Onun fikrincə, bölgədə sülhün təmin olunmasındna sonra Azərbaycan burada ən azı müşahidəçi qismində iştirak etməlidir.

Aİİ bizə nə vəd edir? Azərbaycan bu İttifaqa qoşulmalıdırmı? Ermənistanla eyni İttifaqda olmaq hansı manelər törədə bilər?

Polemika.az-la fikirlərini bölüşən “Azərbaycan Milli Strateji Tədqiqatlar Mərkəzi”nin sədri Natiq Miri bildirib ki, Avrasiya İqtisadi İttifaqı postsovet ölkələrinin iqtisadi birliyidir:

“Bu kontekstdə Azərbaycanın belə bir iqtisadi birlikdə olması Azərbaycanın ixrac potensialını və təbii ki, bəzi gömrük rüsumlarında müəyyən güzəştlər əldə etməsinə gətirib çıxarda bilər. Ancaq məsələnin bir də siyasi tərəfi var. Qarabağla məsələsi ilə yanaşı, Ermənistanla arasında həll olunmamış problemlər qalır. O cümlədən sərhədlərin müəyyənləşməsi, sülh müqaviləsinin imzalanması, qarşılıqlı olaraq iki dövlətin bir-birinin ərazi bütövlüyünü tanıması, bütün yol-nəqliyyat və kommunikasiyaların açılması, nəhayət, Ermənistan qoşunlarının Qarabağdan çıxarılması...

Bunları nəzərə almaqla yanaşı, Aİİ-in nüvəsi Rusiyadır və bu ittifaqa üzv ölkələr Rusiyanın orbitində fırlanır, bu da müəyyən mənada, həmin dövlətlərin iqtisadi müstəqilliyini məhdudlaşdırır. Ona görə də, Azərbaycan Ermənistanla bütün problemləri qısa müddətdə həll etməli, Rusiya sülhməramlı qüvvələri Azərbaycandan çıxmalıdır ki, Aİİ-yə doğru addım ataq. Yəni yalnız bundan sonra Aİİ-də müşahidəçi statusunda iştirakdan söhbət gedə bilər”.

Natiq Mirinin sözlərinə görə, Özbəkistan da Aİİ-də müşahidəçi statusundadır:

“Azərbaycan da nümiunə olaraq atacağı addımları mütləq mənada ölçüb-biçməlidir. Nursultan Nazarbayev təkliflər verə bilər. Çünki Nazarbayevin özünün, xüsusilə də Qazaxıstan kimi dövlətin geosiyasi maraqlarını nəzərə alır. Ancaq Azərbaycan dövlətinin öz maraqları var.

10 noyabr və 11 yanvar bəyanatları, nəhayət, 26 noyabrda imzalanmış bəyanat var. Bəs, onların icraatı? Yoxdur!”

Rafi MÜSLÜMOV

"Azərbaycan o zaman Avrasiya İqtisadi İttifaqının üzvü ola bilər ki..." - Nazarbayevin təklifi