Sabahın havası: Yağış, duman, çən...

Sabahın havası: Yağış, duman, çən...

Sabahın havası: Yağış, duman, çən...

Noyabrın 17-də gözlənilən hava şəraiti açqılanıb. 

Milli Hidrometeorologiya Xidmətindən "Yeni Sabah"a verilən məlumata əsasən Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. 

Mülayim şimal-qərb küləyi gündüz cənub-qərb küləyi ilə əvəz olunacaq.  

Havanın temperaturu gecə 3-5° isti, gündüz 8-11° isti, Bakıda gecə 3-5° isti, gündüz 9-11° isti olacaq. 

Atmosfer təzyiqi  normadan yüksək 775  mm civə sütunundan 771 mm civə sütununa enəcək.  

Nisbi rütubət 60-70 %  olacaq.

Tibbi-meteoroloji proqnoz

Noyabrın 17-də Abşeron  yarımadasında meteoroloji amillərin mülayim tərəddüdü gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişlidir. 

Azərbaycanın rayonlarında havanın ssasən yağmursuz, lakin gecə bəzi yerlərdə yağıntılı  olacağı gözlənilir. Səhər bəzi yerlərdə duman. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 0-5° isti, gündüz 7-11° isti, dağlarda gecə 3-8°, yüksək dağlıq ərazilərdə 10-15° şaxta, gündüz  0-5° isti olacaq.

Sabahın havası: Yağış, duman, çən...