Sabahın havası: Şaxta olacaq

Sabahın havası: Şaxta olacaq

Sabahın havası: Şaxta olacaq

Yanvarın 21-də gözlənilən hava şəraiti açıqlanıb. 

Milli Hidrometeorologiya Xidmətindən "Yeni Sabah"a verilən məlumata əsasən Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə  və səhər bəzi yerlərdə yağıntılı olacağı, sulu qar yağacağı ehtimalı var. Arabir güclənən şimal-qərb küləyi gündüz mülayim cənub küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 0°-yə yaxın, gündüz  4-6° isti olacaq. 

Bakıda gecə  0°-yə yaxın, gündüz 4-6° isti olacaq. 

Atmosfer təzyiqi 763 mm civə sütunundan 768 mm civə sütununa yüksələcək.  

Nisbi rütubət gecə 70-80 %, gündüz 60-65  % olacaq.

Tibbi-meteoroloji proqnoz

Yanvarın 21-də gün ərzində Abşeron yarımadasında  meteoroloji amillərin mülayim tərəddüdü gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişlidir. 

Azərbaycanın rayonlarında əsasən yağmursuz hava şəraiti hökm sürəəck. Lakin 21-i gecə və səhər bəzi yerlərdə yağntılı olacağı, sulu qar, qar yağacağı gözlənilir. Gecə və səhər saatlarında duman olacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 0-5° şaxta, gündüz  3-7° isti, dağlarda gecə 5-10° şaxta, yüksək dağlıq ərazilərdə gecə 10-15° şaxta, gündüz 0-5° şaxta olacaq.    

 

 

Sabahın havası: Şaxta olacaq