Nazarbayevin bəzi statusları saxlanıldı

Nazarbayevin bəzi statusları saxlanıldı

Nazarbayevin bəzi statusları saxlanıldı

Qazaxıstanın eks-prezidenti Nursultan Nazarbayevin Konstitusiya Şurasının üzvü olmaq, habelə hökumətdə və parlamentdə çıxış etmək hüququnu özündə saxlayacaq.

Polemika.az "RİA Novosti"yə istinadla xəbər verir ki, bu barədə ölkə parlamentinin senatı (yuxarı palata) məlumat yayıb.

Qazaxıstan parlamenti Məclisinin (aşağı palatası) üzvü Kanat Nurov dünən bildirib ki, palata Nazarbayevin Qazaxıstan Xalqları Assambleyasına və ölkənin Təhlükəsizlik Şurasına ömürlük sədrliyini ləğv edən qanunvericiliyə düzəlişləri təsdiqləyib.

“Qazaxıstan Respublikasının birinci prezidenti – Elbaşı öz tarixi missiyasına görə Qazaxıstan Respublikası Parlamenti və onun palataları qarşısında, hökumətinin iclaslarında mühüm məsələlərin müzakirəsi zamanı ömürlük çıxış etmək, Qazaxıstan Respublikası Konstitusiya Şurasının üzvü olmaq hüququna malikdir. ”, - deyə düzəlişlərin mətnində qeyd olunur.

Nazarbayevin bəzi statusları saxlanıldı