Sabah Putinlə Bayden arasında telefon danışığı olacaq
Sabah Putinlə Bayden arasında telefon danışığı olacaq
Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Rusiya Federasiyası və ABŞ liderləri Vladimir Putinlə Cozef Bayden arasında telefon danışığı planlarını təsdiqləyib.
Polemika.az “RİA Novosti”yə istinadən xəbər verir ki, daha öncə Ağ Ev iki lider arasında telefon danışığının dekabrın 30-da baş tutacağını açıqlayıb.
“Həqiqətən də, Putinlə ABŞ prezidenti arasında telefon danışığı sabah axşama planlaşdırılıb”, - deyə Peskov təsdiqləyib.