"Həmin məmurlar yeriyəndə ayağı olmayan qaziləri düşünsünlər" - Deputat

"Həmin məmurlar yeriyəndə ayağı olmayan qaziləri düşünsünlər" - Deputat

"Həmin məmurlar yeriyəndə ayağı olmayan qaziləri düşünsünlər" - Deputat

Deputat Tahir Kərimli parlamentdə çıxışı zamanı bəzi məmurların şəhid və qazi ailələrini incitdiyini bildirib.

Polemika.az xəbər verir ki, T. Kərimli çıxışında həmin məmurları belə ailələri unutmamağa çağırıb: “Həmin məmurlar çörək yeyəndə əlləri olmayan qaziləri düşünsünlər. Yeriyəndə ayağı olmayan qaziləri düşünsünlər. Analar var ki, uşaqların soyuq məzarlarını qucaqlayırlar.

3000-ə yaxın cavan itirmişik. Qızlarımızı düşünsünlər. Xudayarın həzin səsini yadlarına salsınlar. Məmurlar zalım olmasınlar”.

"Həmin məmurlar yeriyəndə ayağı olmayan qaziləri düşünsünlər" - Deputat