Sabah İran prezidenti Rusiyaya gedir

Sabah İran prezidenti Rusiyaya gedir

Sabah İran prezidenti Rusiyaya gedir

Sabah İran prezidenti İbrahim Rəisi Rusiyaya yola düşəcək.

Polemika.az xəbər verir ki, bu barədə hökumət rəhbərinin rəsmi saytı məlumat yayıb.

İbrahim Rəisi Moskva səfəri çərçivəsində Rusiya prezidenti Vladimir Putinlə görüşəcək.

O, həmçinin, Dövlət Dumasının plenar iclasında çıxış edəcək.

Bundan əlavə, İbrahim Rəisi Rusiyada yaşayan iranlılarla və Rusiyanın iqtisadi çevrə təmsilçiləri ilə görüşəcək.

İkigünlük səfərdə Rəisini xarici işlər, neft və iqtisadiyyat, habelə maliyyə nazirləri müşayiət edəcəklər.

Kreml də yanvarın 19-da Putinlə İran prezidenti arasında keçiriləcək danışıqlarda iqtisadiyyatda birgə layihələrin həyata keçirilməsi və beynəlxalq mövzuların müzakirəsinin planlaşdırıldığını təsdiqləyib.

Putin və İran prezidenti İranın nüvə proqramı üzrə birgə hərtərəfli fəaliyyət planının icrasını nəzərdən keçirəcək.

Sabah İran prezidenti Rusiyaya gedir