Saakaşvilinin dəstəkçiləri dövlət qurumlarını iflic etmək istəyir

Saakaşvilinin dəstəkçiləri dövlət qurumlarını iflic etmək istəyir

Saakaşvilinin dəstəkçiləri dövlət qurumlarını iflic etmək istəyir

Mixeil Saakaşviliyə dəstək aksiyalarının təşkilatçıları dövlət qurumlarının binalarını bloklamaq niyyətindədirlər.

Polemika.az xəbər verir ki, bu barədə Gürcüstanın Dövlət Təhlükəsizlik Xidmətinin nümayəndəsi Baça Mqeladze bildirib:

“Noyabrın 6-dan müxtəlif siyasi qruplar 12 saylı cəzaçəkmə müəssisəsinin yaxınlığında digər rayonlardan olan tərəfdarların iştirak edəcəyi daimi aksiyalar keçirmək niyyətindədir. Bundan əlavə, Tbilisidə etiraz aksiyası keçirilməsi planlaşdırılır. Operativ məlumatlara görə, aksiyaların təşkilatçıları dövlət qurumlarının qarşısını almaq, binalarını ələ keçirmək niyyətindədirlər. Hakimiyyətin zorakılıqla dəyişdirilməsinə yönəlmiş bu hərəkətləri həbsdə olan Mixeil Saakaşvili planlaşdırır”, - deyə Gürcüstan Dövlət Təhlükəsizlik Xidmətinin sözçüsü bildirib.

Xatırladaq ki, Gürcüstanın sabiq prezidenti Mixeil Saakaşvili oktyabrın 1-də Tbilisidə həbs edilib. O, sabiq deputat və biznesmen Valeri Gelaşvilinin döydürülməsi, həmçinin Sandro Girqvlianinin qatillərinin əfv edilməsinə görə, cinayət məsuliyyətinə cəlb olunub. Eks prezident 6 il azadlıqdan məhrum edilib.

Saakaşvilinin dəstəkçiləri dövlət qurumlarını iflic etmək istəyir