"Rəsmi Bakıdan hələ cavab almamışıq" - Mirzoyan

"Rəsmi Bakıdan hələ cavab almamışıq" - Mirzoyan

"Rəsmi Bakıdan hələ cavab almamışıq" - Mirzoyan

"Azərbaycan hələ ki, Ermənistan tərəfinin vəziyyətin gərginləşməsinə, gərginliyin azaldılmasına, Ermənistan-Azərbaycan sərhəd zonasında təhlükəsizlik və sabitliyin səviyyəsinin artırılmasına yönəlmiş təkliflərinin hansı hissəsinin onun üçün qəbuledilməz olduğunu dəqiqləşdirməyib".

Polemika.az "Armenpress"ə istinadla xəbər verir ki, , bunu Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan bildirib.

 “Hələ dəqiqləşdirmələrimiz yoxdur, dəqiqləşdirmələr aparılır. Davamlı müzakirələr gedir, davamlı olaraq gedir. İndi biz hansı hissənin qəbuledilməz olduğu, hansı əsasla və müvafiq olaraq hansı yeni həll yollarının tapıla biləcəyi ilə bağlı dəqiqləşdirmələr almağa çalışırıq”, - deyə Mirzoyan qeyd edib.

Xatırladaq, yanvarın 14-də Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirib ki, Ermənistan tərəfinin Ermənistan-Azərbaycan sərhədinin demarkasiyası ilə bağlı komissiyanın yeni təklifləri var və Rusiya bunu Bakıya təqdim edəcək.

Daha sonra xarici işlər naziri Ermənistan tərəfinin vəziyyətin gərginləşməsinə, gərginliyin azaldılmasına, regionda təhlükəsizliyin və sabitliyin artırılmasına yönəlmiş tədbirlər paketi hazırladığını təsdiqləyib. Onun sözlərinə görə, həmin paket Rusiyanın vasitəçiliyi ilə Azərbaycana təhvil verilib.

"Rəsmi Bakıdan hələ cavab almamışıq" - Mirzoyan