“Rusiyanın zəifləməsi erməniləri çox gücsüz vəziyyətə qoyub” - Tofiq Zülfüqarov

“Rusiyanın zəifləməsi erməniləri çox gücsüz vəziyyətə qoyub” - Tofiq Zülfüqarov

“Rusiyanın zəifləməsi erməniləri çox gücsüz vəziyyətə qoyub” - Tofiq Zülfüqarov

Azərbaycanın sabiq XİN rəhbəri Tofiq Zülfüqarovun “Polemika.az”a müsahibəsi:

- Ermənistan XİN ATƏT-in vasitəçiliyi ilə sülh danışıqlarına hazır olduqlarını bəyan edib. Azərbaycan XİN də bu barədə cavabını və şərtlərini açıqlayıb. Əslində, bu, Azərbaycanın daim təkrarladığı şərtlərdir. Sizcə, Ermənistan onları qəbul etməyə hazırdır, ya yox?

- Belə başa düşürəm ki, bu, daha çox onlara lazımdır. Sənədə qol çəkilməsi onlar üçün əlavə təhlükəsizlik qarantiyaları yaradır. Çünki onlar başa düşürlər ki, Rusiyanın bu bölgədə zəifləməsi demək olar ki, onları çox gücsüz vəziyyətə qoyub. Təbii ki, bu vəziyyətdə işğalçı siyasətin bu və ya digər şəkildə davam etdirilməsi Azərbaycan tərəfindən qəbul olunmur. Onlar istəyirlər ki, Rusiyanı bu prosesdə Qərblə, ilk növbədə, Fransa ilə əvəz etsinlər. Azərbaycana isə bu lazım deyil, çünki münaqişə bizim ərazimizdədir və təbii ki, bu məsələdə öz mövqeyimizi tam şəkildə müdafiə etməyə qadirik.

- ATƏT-in sədrləri dəfələrlə özlərinin bitərəf olmadıqlarını isbatlayıblar. Belə olan halda, onların danışıqlarda ədalətli mövqe tutmasına inanmaq olar?

- Bu məsələdə heç kəsə inanmaq olmaz. İnam söhbəti, ümumiyyətlə, siyasətdə özünü doğrultmur. İstənilən halda, Ermənistan bu və ya digər şəkildə öz diasporunun təsiri altında standart siyasətini davam etdirəcək. 

- Türkiyənin XİN rəhbəri Mövlüd Çavuşoğlu Antalya Diplomatik Forumunda jurnalistlərə qeyd edib ki, Azərbaycan və Ermənistan vasitəçisiz danışıq aparsınlar. Ermənistan isə ATƏT-in vasitəçiliyinə üstünlük verir. Sizcə, hansı daha mümkün və optimal variantdır?

- Məncə, birbaşa danışıqlara getməliyik. Burada təsirlər onsuz da olacaq, yəni Ermənistan və Azərbaycan rəsmiləri danışıqlar otağından çıxandan sonra, təbii ki, Rusiyanın və Qərbin təsirləri mümkündür. Əsas odur ki, Ermənistanın tərəfini saxlayan əlavə kimsə olmasın. 

Rafi MÜSLÜMOV

 

“Rusiyanın zəifləməsi erməniləri çox gücsüz vəziyyətə qoyub” - Tofiq Zülfüqarov