Amerikalı ekspert Moskvada gözlənilən üçtərəfli görüşü şərh etdi

Amerikalı ekspert Moskvada gözlənilən üçtərəfli görüşü şərh etdi

Amerikalı ekspert Moskvada gözlənilən üçtərəfli görüşü şərh etdi

“Rusiya prezidentinin sözçüsü Peskov həftəsonu görüşün təsdiqlənmədiyini və gələn ay hər hansı bir yenilik olarsa, hamını məlumatlandıracağını bildirib. Buna baxmayaraq, mətbuatda bu üç liderin, həqiqətən də, Moskvada görüşəcəyi barədə məlumatlar yayılıb”. 

Bu sözləri Polemika.az-a açıqlamasında Moskvada yaşayan amerikalı mütəxəssis Endru Koribko noyabrda Moskvada keçirilməsi gözlənilən üçtərəfli görüş haqqında danışarkən deyib.

“Onlar iddia edirlər ki, tərəflər 2020-ci ilin noyabrında Moskvanın vasitəçiliyi ilə əldə edilmiş atəşkəsin yekun bəndinə uyğun olaraq sərhədlərinin müəyyənləşdirilməsi və regional nəqliyyat marşrutlarının açılması üçün sazişlər imzalayacaqlar. Əgər görüş çoxlarının dediyi kimi baş tutarsa, onda bu, liderlər onun əhəmiyyətli olduğu qənaətinə gəldikdən sonra baş verəcək. 

Çünki tərəflərin əsaslı bir nəticə olmadan, sadəcə səmimi söhbət etmək üçün görüşmək ehtimalları azdır. Bu səbəbdən, məlum iclasın rəsmi təsdiqi onun məqsədi (sərhədin müəyyənləşdirilməsi və regional nəqliyyat marşrutlarının açılması) ilə bağlı daha əvvəl yayılmış olan xəbərlərin etibarlı olduğunu göstərəcək. Bu isə regionu əhəmiyyətli dərəcədə sabitləşdirəcək, iqtisadi əlaqələri genişləndirəcək və beləliklə, Rusiyanın sülhsevər baxışını irəli aparacaq”,-deyə ekspert əlavə edib.

Sayad HƏSƏNLİ 

Amerikalı ekspert Moskvada gözlənilən üçtərəfli görüşü şərh etdi