“Ermənistanın təxribatlarının məsuliyyətini Rusiya daşıyır, təcili tədbirlər görülməlidir”

“Ermənistanın təxribatlarının məsuliyyətini Rusiya daşıyır, təcili tədbirlər görülməlidir”

“Ermənistanın təxribatlarının məsuliyyətini Rusiya daşıyır, təcili tədbirlər görülməlidir”

“Bu gün səhər saatlarından başlayaraq Qarabağda müvəqqəti yerləşdirilən Rusiya sülhməramlılarının nəzarətində olan ərazidə erməni diversantları tərəfindən təxribatlar törədilir. Bu, hərbi cinayət hesab edilir və 10 noyabr üçtərəfli bəyanatının müddəalarına ziddir. Çünki ötən ilin noyabrın 10-da imzalanmış həmin sənədə əsasən, erməni diversantları Azərbaycan ərazisindən tamamilə çıxarılmalı idi”.

Polemika.az bildirir ki, bunu Milli Məclisin deputatı Cavid Osmanov deyib.

O, bildirib ki, Ermənistan tərəfinin bu cür davranışı həm də Rusiya dövlətinin əleyhinə olduğunu da iddia etmək olar: “Nəzərə almaq lazımdır ki, həmin ərazilərə müvəqqəti olaraq Rusiya sülhməramlı kontingenti nəzarət edir. Ona görə də Ermənistan tərəfinin təxribatlarının məsuliyyətini də məhz Rusiya dövləti daşıyır. Təcili olaraq tədbir görülməli və erməni diversantlarının cavabı layiqli şəkildə verilməlidir. Əks halda, Azərbaycan tərəfi anti-terror əməliyyatlarına başlaya bilər. Ümumiyyətlə, Azərbaycan belə olduqda və üçtərəfli bəyanatın bəndləri icra olunmadığı halda, anti-terror əməliyyatları keçirmək üçün tam hüquqa malikdir”./Pravda.az

“Ermənistanın təxribatlarının məsuliyyətini Rusiya daşıyır, təcili tədbirlər görülməlidir”