“Rusiyanın Ukraynanı vurmaqdan başqa çarəsi yox idi” - Araz Əlizadə

“Rusiyanın Ukraynanı vurmaqdan başqa çarəsi yox idi” - Araz Əlizadə

“Rusiyanın Ukraynanı vurmaqdan başqa çarəsi yox idi” - Araz Əlizadə

"Ukrayna-Rusiya məsələsində haqlı tərəf yoxdur. Amma bir məsələ var ki, Rusiyanın başqa çarəsi yox idi”.

Polemika.az xəbər verir ki, bu sözləri Azərbaycan Sosial Demokrat Partiyasının sədri Araz Əlizadə deyib.

O, qeyd edib ki, NATO Rusiyanı bu addımı atmağa vadar edib:

"Ukrayna-Rusiya məsələsində haqlı tərəf yoxdur. O vaxtlar SSRİ-nin rəhbərliyinə Almaniya birləşəndə ABŞ, Almaniya və s. söz vermişdilər ki, NATO Şərqə doğru irəliləməyəcək. Amma bu sözlər yalan çıxdı. ABŞ Rusiyanın zəifliyindən istifadə edib NATO-ya 7 dövlət qəbul etdi və Rusiyanın sərhədinə gəlib çatdı. Ukrayna da NATO-ya qəbul olunsaydı, bu o demək idi ki, Xarkovda ABŞ-ın nüvə raketləri qoyulacaqdı, Moskvanı 5 dəqiqə ərzində vura bilərdi. Bu da Rusiya tərəfindən tərk-silah olunmaq demək idi. Rusiya dekabrda ABŞ rəhbərliyinə və NATO dövlətlərinə açıq məktub yazdı ki, Ukrayna və Gürcüstanın NATO-ya qəbul olunmasını dayandırın və ümumiyyətlə, keçmiş Sovet respublikaları NATO-ya daxil olmasın. Amma buna məhəl qoymadılar. 3 məsələ qoyulmuşdu, üçünə də rədd cavabı verdilər. Bundan sonra Rusiyanın başqa bir çıxış yolu yox idi ki, Ukraynaya zərbə vurmasın. Bu iki qardaş xalq arasındakı müharibə heç kəsə başucalığı gətirmir. Amma burada başa düşmək lazımdır ki, Rusiyanın ayrı çıxış yolu yox idi”.

Araz Əlizadə həmçinin qeyd edib ki, bu məsələdə Azərbaycan üçün ən gözəl çıxış yolu Rusiya ilə müttəfiqlik sənədi imzalamaq oldu:

"Azərbaycan xalqı Ukraynanı ona görə birmənalı olaraq dəstəkləyir ki, Azərbaycan xalqının yadından 20 Yanvar hadisələri çıxmır, Birinci Qarabağ müharibəsi yaddından çıxmır. Buna görə də, Rusiyaya qarşı nə hərəkət olursa, Azərbaycan xalqı bunu tam olmasa da, dəstəkləyir. Ən yaxşı çıxış yolunu isə Cənab Prezident tapdı. Bu əməliyyat başlayanda Rusiya ilə müttəfiqlik haqqında saziş imzaladı. Bununla da Rusiyanı gələcək Qarabağ məsələsində də sakitləşdirdi”.Azxəbər.com

“Rusiyanın Ukraynanı vurmaqdan başqa çarəsi yox idi” - Araz Əlizadə