Ukraynada yaralanan azərbaycanlı sürücülərdən biri vəfat etdi

Ukraynada yaralanan azərbaycanlı sürücülərdən biri vəfat etdi

Ukraynada yaralanan azərbaycanlı sürücülərdən biri vəfat etdi

Ukraynanın Xarkov şəhərində yaralanan azərbaycanlı sürücülərdən biri - Tahirov Samir Sürəddin oğlu bu gün vəfat edib.

Polemika.az xəbər verir ki, bu barədə Azərbaycan Beynəlxalq Avtomobil Daşıyıcıları Assosiasiyasından (ABADA) məlumat verilib.

Məlumatda görə, dünyasını dəyişən sürücünün nəşinin ölkəyə gətirilməsi istiqamətində aidiyyatı orqanlar tərəfindən tədbirlərə başlanılıb.

Digər yaralı - Bayramov Yusif Asif oğlunun səhhəti isə normaldır.

Ukraynada yaralanan azərbaycanlı sürücülərdən biri vəfat etdi