8 siyasi partiya MSK-ya hesabat verdi

8 siyasi partiya MSK-ya hesabat verdi

8 siyasi partiya MSK-ya hesabat verdi

Siyasi partiyalar Mərkəzi Seçki Komissiyasına (MSK) maliyyə hesabatını təqdim edib.

Polemika.az xəbər verir ki, Azərbaycanda qeydiyyatda olan 58 partiyadan 8-i Mərkəzi Seçki Komissiyasına (MSK) maliyyə hesabatını təqdim edib.

Qeyd edək ki, siyasi partiyaların Mərkəzi Seçki Komissiyasına (MSK) 2021-ci il üzrə maliyyə hesabatı təqdim etmələri üçün nəzərdə tutulan müddət aprelin 1-də başa çatıb.

Xatırladaq ki, qanunvericiliyə əsasən, MSK aprelin 1-dək illik maliyyə hesabatlarını auditor rəyi ilə birlikdə təqdim etməyən siyasi partiyalar barədə Ədliyyə Nazirliyinə məlumat verməlidir./APA

8 siyasi partiya MSK-ya hesabat verdi