Rusiyanın Qazaxıstana ordu yeritməsinin “səbəb”i... - Nazarbayevin müşaviri

Rusiyanın Qazaxıstana ordu yeritməsinin “səbəb”i... - Nazarbayevin müşaviri

Rusiyanın Qazaxıstana ordu yeritməsinin “səbəb”i... - Nazarbayevin müşaviri

Qazaxıstanın eks-prezidenti Nursultan Nazarbayevin keçmiş müşaviri Ərməhəmməd Yertışbayev Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) və Rusiya qüvvələrinin ölkəyə yeridilməsi ilə bağlı Qərbin narahatlığından danışıb.

Polemika.az xəbər verir ki, o, Qərbin narahatlığının bir sıra səbəblərinin olduğunu deyib.

Yertışbayevin sözlərinə görə, Qərb ölkələri, Avropa İttifaqı və ABŞ Qazaxıstana böyük maraq göstərirlər, çünki onlar ölkəyə təxminən 376 milyard dollar sərmayə qoyublar: “Buna görə də KTMT qoşunlarının Qazaxıstana yeridilməsi indi bütün Qərbi hiddətləndirib”.

Yertışbayev Qazaxıstanda baş verən iğtişaşlara görə də xarici qüvvələri ittiham edib:

“Rusiyanın arxa tərəfində “qızğın ocaq” yaratmaq üçün bunu etmək lazım idi, çünki Rusiya gələn həftə Amerika Birləşmiş Ştatları, NATO ilə sərt danışıqlara başlayacaq”.

O, Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin hər şeyi düzgün etdiyini söyləyib./Teleqraf

Rusiyanın Qazaxıstana ordu yeritməsinin “səbəb”i... - Nazarbayevin müşaviri