Rusiyanın məşhur voleybolçusu Putinə qarşı: "Utanıram"

Rusiyanın məşhur voleybolçusu Putinə qarşı:

Rusiyanın məşhur voleybolçusu Putinə qarşı: "Utanıram"

Rusiyanın məşhur voleybolçusu Yekaterina Qamova Ukraynada baş verənlərə münasibət bildirib.

Polemika.az xəbər verir ki, o, özünün İnstaqram səhifəsindəki paylaşımında  ölkəsinin Ukraynaya hərbi təvavüzünə qarşı çıxıb.

Veteran hücumçu qeyd edib ki, bu biabırçı səhifə ölkənin tarixində həmişəlik qalacaq:

"Heç vaxt düşünməzdim ki, ordumuz hansısa Avropa ölkəsinə hücum edər, oranı bombalayar, güllə atar. Hazırda bütün dünya Rusiyaya qarşıdır. Sanksiyalar tətbiq olunur, digər ölkələr bizi görmək istəmir, təcrid edirlər.

Onlar hökumətimizi mümkün olan hər şeylə, qeyri-hərbi yolla dayandırmağa çalışırlar. Mən susa bilərdim? Bilərdim.

Amma həm utanır, həm də qorxuram. Sadəcə, bilin ki, Rusiyada çox insan baş verənlərə qarşıdır. Bağışlayın”.

Rusiyanın məşhur voleybolçusu Putinə qarşı: "Utanıram"