Rusiyanın dövlət saytlarına kiberhücumlar edildi

Rusiyanın dövlət saytlarına kiberhücumlar edildi

Rusiyanın dövlət saytlarına kiberhücumlar edildi

Rusiyanın dövlət saytlarına davamlı olaraq kiberhücumlar edilib.

Polemika.az yerli KİV-lərə istinadən xəbər verir ki, hazırda Kremlin, Dövlət Dumasının, Təhlükəsizlik Şurasının və digər bir sıra dövət qurumlarının saytları açılmır.

Kremlin sözçüsü Dmitri Peskov məlumatı təsdiqləyib. Peskov daim hücumlar edildiyini və internet səhifələrinin tez-tez donduğunu bildirib.

Qeyd edək ki, bəzi haker cəmiyyətləri Ukraynaya hücuma görə Rusiyaya qarşı kibermüharibə elan etdiklərini açıqlayıblar.

Rusiyanın dövlət saytlarına kiberhücumlar edildi