Rusiyanın Dövlət Ermitajında inklüziv sərginin açılışı keçirildi

Rusiyanın Dövlət Ermitajında inklüziv sərginin açılışı keçirildi

Rusiyanın Dövlət Ermitajında inklüziv sərginin açılışı keçirildi

Noyabrın 12-də Rusiyanın Dövlət Ermitajı Baş Qərargahının binasında “Görünməyən incəsənət. İmkan sərhədlərini genişləndirərək” adlı inklüziv sərginin açılışı keçirilib.

Azərbaycan Milli Xalça Muzeyindən (AMXM) Polemika.az-a verilən məlumata görə, layihə Dövlət Ermitajı və Azərbaycan Milli Xalça Muzeyinin təşkilatçılığı, “Cartier” fransız Zərgərlik-Saat Evinin dəstəyi ilə baş tutub.

İnklüziv layihə əsasən görmə qabiliyyəti məhdud insanlar üçün nəzərdə tutulub.

Sərgidə Leyden kolleksiyasında (ABŞ) qorunub-saxlanılan Rembrandtın “Gözlərinə kölgə salınmış avtoportret” əsərinin relyef modeli təqdim olunur. Sərginin digər bölməsi Ermitajda qorunub-saxlanılan Pəncikəndin məşhur freskalarına həsr edilib.

Layihənin mühüm hissəsini Altayda “Pazırıq” kurqanından tapılmış tekstil fraqmentlərinin xalçaçılıq texnikalarında hazırlanması olub. 

Tədbirdə ölkəmizi Azərbaycan Milli Xalça Muzeyinin direktoru Şirin Məlikova və Azərbaycan Respublikasının Sankt-Peterburqdakı baş konsulu Sultan Qasımov təmsil ediblər.

Sərgi dekabrın 12-dək davam edəcək.

Rusiyanın Dövlət Ermitajında inklüziv sərginin açılışı keçirildi