"Rusiyanın BMT Təhlükəsizlik Şurasında səsvermə hüququ yoxdur" - Politoloq

"Rusiyanın BMT Təhlükəsizlik Şurasında səsvermə hüququ yoxdur" - Politoloq

"Rusiyanın BMT Təhlükəsizlik Şurasında səsvermə hüququ yoxdur" - Politoloq

“Ukrayna və onun tərəfdaşları BMT Təhlükəsizlik Şurasının effektivliyini təmin etmək üçün nə etməlidirlər?”

Polemika.az xəbər verir ki, bu sözləri “Kiyev Strateji Araşdırmalar Mərkəzi”nin sədri Pavlo Jovnirenko “Facebook” səhifəsində yazıb.

O, əlavə edib:

“Hamıya məlumdur ki, 20 fevralda 2014-cü ildən sonra Rusiya Federasiyasının “veto” hüququndan istifadə edilməsi BMT Təhlükəsizlik Şurasında onun maraqlarına zidd olan məsələlərə baxılması bir yana, qərarların qəbuluna da imkan vermir.

RF silahlı qüvvələrinin Ukraynaya qarşı açıq təcavüzü keyfiyyətcə yeni vəziyyətə gətirib çıxardı. Rusiya açıq-aydın və şübhəsiz ki, hamı üçün münaqişə tərəfinə çevrilib və bunu inkar edə bilməyəcək.

Bu, BMT Nizamnaməsinin 27-ci maddəsinin 3-cü bəndi əsasən, Ukraynaya imkan verir ki, özü və Rusiya arasında münaqişə ilə bağlı Təhlükəsizlik Şurası qərarlarının müzakirəsi və qəbulunda RF-nin iştirak etməməsi təşəbbüsü ilə çıxış etsin. O zaman bu qərarlar təcavüzkarın qarşısını almaqda tamamilə daha təsirli olacaq - 1950-ci ildə Cənubi Koreyaya BMT-nin çoxmillətli sülhməramlı qüvvələrinin daxil edildiyi "Koreya" versiyasına qədər”.

Pavlo Jovnirenko BMT Nizamnaməsinin 27-ci maddəsinin 3-cü bəndindən sitat gətirib:

Təhlükəsizlik Şurasının qərarları... bütün daimi üzvlərinin eyni vaxtda səsləri də daxil olmaqla, Şuranın 9 üzvü lehinə səs verərsə, qəbul edilmiş sayılır, münaqişədə iştirak edən tərəf qərar qəbul edərkən, səsvermədə bitərəf qalmalıdır".

"Bu müddəanın həyata keçirilməsi Rusiyanın qərara veto qoymasını qeyri-mümkün edəcək, çünki daimi üzvlərdən biri bu və ya digər qətnamənin əleyhinə səs verərsə, veto qoyulmuş sayılır. Səsvermədə bitərəf qalmaq veto sayılmır”, - deyə o, sonda qeyd edib.

Rafi MÜSLÜMOV

"Rusiyanın BMT Təhlükəsizlik Şurasında səsvermə hüququ yoxdur" - Politoloq