Türkiyədən vasitəçilik təklifi: "Lavrov və Kulebanı görüşdürmək istəyirik"

Türkiyədən vasitəçilik təklifi: "Lavrov və Kulebanı görüşdürmək istəyirik"

Türkiyədən vasitəçilik təklifi: "Lavrov və Kulebanı görüşdürmək istəyirik"

Türkiyə Antalyada keçirilən diplomatik forum çərçivəsində Rusiya və Ukrayna xarici işlər nazirləri Sergey Lavrov və Dmitri Kulebanın görüşünü təşkil etmək istəyir.

Polemika.az xəbər verir ki, bu barədə Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu NATO xarici işlər nazirlərinin fövqəladə iclasından sonra keçirilən mətbuat konfransında bildirib:

“Türkiyə hər iki tərəflə dialoq qurmağa qadir olan nadir ölkələrdən biridir. Hələ müharibə başlamazdan əvvəl hər iki xarici işlər nazirini Antalyada diplomatik forumda bir araya gətirməyi planlaşdırırdıq, lakin bu, müharibədən əvvəl idi.

Biz Ukrayna və Rusiya tərəflərini nazirlər səviyyəsində bir araya gətirmək istəyirik. Lavrov dünən diplomatik forumda iştirakını təsdiqlədi, lakin bilmirəm ki, Ukrayna Xarici İşlər Nazirliyinin rəhbəri bu şərtlərlə gələ bilər, ya yox”.

Türkiyədən vasitəçilik təklifi: "Lavrov və Kulebanı görüşdürmək istəyirik"