Rusiyadan Azərbaycana qarşı növbəti təzyiq metodu: Rəsmi Bakı nə etməlidir?

Rusiyadan Azərbaycana qarşı növbəti təzyiq metodu:

Rusiyadan Azərbaycana qarşı növbəti təzyiq metodu: Rəsmi Bakı nə etməlidir?

"Rusiya sülhməramlı qüvvələri Azərbaycanın yük avtomobillərinin Suqovuşan-Kəlbəcər yolunda erməni separatçıları tərəfindən yoxlanılmasına şərait yaratması ilk növbədə növbəti təzyiq metodudur".

Polemika.az xəbər verir ki, bunu politoloq Məhəmməd Əsədullazadə deyib.

Politoloqun sözlərinə görə, Rusiya bununla Azərbaycanı separatçıları bir tərəf kimi qəbul etdirməyə sövq edir:

"Azərbaycan ərazisində qondarma erməni polisi və silahlı erməni birləşmələrinin mövcudluğu və Rusiyanın onları qəbul etməsi və bizə də qəbul etdirmək planına qarşı ciddi şəkildə hərəkətə keçilməlidir. Rusiyanın mövqeyi ondan ibarətdir ki, Qarabağda separatçı rejim fəaliyyət göstərsin".

"Azərbaycanın yük maşınlarını nə sülhməramlı qüvvələr, nə də erməni separatçıları yoxlaya bilməz. Belə olan təqdirdə Azərbaycan Laçın dəhlizində belə bir yoxlama tətbiq etməlidir. Laçın dəhlizində postun qoyulması Rusiya-Azərbaycan əlaqələrində ciddi problem yaratmayacaq. Bir neçə gün belə bir problem ola bilər. Amma, Rusiya bununla razılaşmaq məcburiyyətində qalacaq", - deyə Məhəmməd Əsədullazadə qeyd edib.

Rusiyadan Azərbaycana qarşı növbəti təzyiq metodu: Rəsmi Bakı nə etməlidir?